Polad Bülbüloğlunun yeni xanımı kimdir? – FOTOLAR

Polad Bülbüloğlunun yeni xanımı kimdir? – FOTOLAR

Xəbər Yerində xəbər verir ki, Xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlu üçüncü dəfə ailə həyatı qurub.

Məlumata görə, 81 yaşlı sənətçinin həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, rəqqasə və pedaqoq Eteri Cəfərovadır.

1978-ci ildə anadan olan E.Cəfərova Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir. O, uzun illərdir müxtəlif mədəniyyət layihələri və festivallarda iştirak edib, gənc rəqqasların hazırlanması ilə məşğul olur.

Eteri Cəfərovanın Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə gedib çıxır. O, 2025-ci ildə sənətçinin 80 illiyinə həsr olunmuş “Qayıdış” yubiley gecəsinin baş baletmeysteri olub. E.Cəfərova həmin tədbirdə Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında da çıxış edib.

Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də anadan olub. Onun əvvəlki evliliklərindən üç övladı var.

Mənbə: Publika.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir