Almaniya Prezidenti: “Ölkənin immiqrantlara ehtiyacı var”

Almaniya Prezidenti: “Ölkənin immiqrantlara ehtiyacı var”

Xəbər Yerində xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkənin əmək bazarında immiqrantların mühüm rol oynadığını bildirib.

Berlində keçirilən tədbirdə çıxış edən prezident Almaniyanın səhiyyə, sosial xidmət və özəl sektor da daxil olmaqla bir sıra sahələrdə immiqrantların əməyindən asılı olduğunu deyib.

“Bu ölkənin sistemin işləməsi üçün immiqrantlara ehtiyacı var. Xəstəxanalar, qocalar evləri və özəl sektor bu insanların əməyinə söykənir”, – deyə Ştaynmayer bildirib.

O, vətəndaşların mənşəyinə görə bölünməsinin yolverilməz olduğunu vurğulayıb və Almaniya Konstitusiyasının “birinci və ya ikinci dərəcəli vətəndaş” anlayışını tanımadığını qeyd edib.

Prezidentin sözlərinə görə, Almaniyada insanın kimliyini yalnız ailə və ya etnik mənşə müəyyən etmir. O, ortaq dil, azadlıq və sülh şəraitində birgə yaşamaq istəyi, eləcə də Konstitusiyaya hörməti cəmiyyətin əsas dəyərləri kimi göstərib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir