“AİD Group” şirkəti ətrafında yaranan qalmaqalda daha bir gəlişmə baş verib. Şirkətin təsisçisi, aparıcı Nigar Fərhad polis tərəfindən saxlanılıb.
Məlumata əsasən, onun tutulmasına şirkətin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan çoxsaylı müraciətlər səbəb olub. Nigar Fərhad barəsində artıq cinayət işi çərçivəsində araşdırma aparılır və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Aparıcının barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə bu gün məhkəmədə baxılması gözlənilir. Hazırda o, istintaq orqanının nəzarətində saxlanılır.
Şirkətin rəhbəri də həbs edilmişdi
Xatırladaq ki, “AİD Group”la bağlı iş üzrə bundan əvvəl şirkətin faktiki rəhbəri Samir Yəhyazadə həbs olunub. O, Nigar Fərhadın həyat yoldaşıdır.
Şirkətin fəaliyyəti ilə bağlı narazı şəxslərin müraciətləri isə davam edir. Şikayətçilərin əsasən xaricdə təhsil almaq istəyən tələbələr olduğu bildirilir. Onlar təhsil xidmətləri üçün şirkətə ödədikləri pulları geri ala bilmədiklərini deyirlər.

