“Sənə ev alacam” deyib 235 min manat aldı, Dubaya getdi

“Sənə ev alacam” deyib 235 min manat aldı, Dubaya getdi

Bakıda qadına ev almaq və təmir etmək vədi verərək 235 min manat alan şəxs məhkəmə qarşısına çıxarılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2023-cü ildə baş verib. İş üzrə təqsirləndirilən, 1986-cı il təvəllüdlü R.Həsənov maklerlik və evlərin təmiri ilə məşğul olub.

İttihama əsasən, o, sevgi münasibətində olduğu Gülbahar adlı qadının etibarından istifadə edərək ondan və anasından hissə-hissə olmaqla 235 min manat alıb. R.Həsənov Nərimanov rayonunda “MetroPark”ın qarşısındakı yeni tikilidən mənzil göstərərək qadını ev alacağına inandırıb.

Pulun alınmasından sonra isə R.Həsənov ölkəni tərk edərək Dubaya gedib. Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib və onun barəsində külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

R.Həsənov bu il saxlanılaraq istintaqa cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə zamanı zərərçəkmiş qadın ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirərək təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə R.Həsənova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Onun barəsində seçilmiş ev dustaqlığı da ləğv edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir