Balıqçılıqla bağlı yeni qaydalar təsdiqləndi – səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə verildi

Balıqçılıqla bağlı yeni qaydalar təsdiqləndi – səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə verildi

Azərbaycan Prezidenti İlham Əliyev “Balıqçılıq haqqında” yeni qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmanla balıq və digər su bioresurslarının mühafizəsi və istifadəsi sahəsində bir sıra səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Yeni qaydalara əsasən, Nazirlik balıqçılıq subyektlərinin uçotunu aparacaq, balıqovlama biletləri verəcək, akvakultura təsərrüfatlarını qeydiyyata alacaq və balıqçılıq su obyektlərinə dövlət nəzarətini həyata keçirəcək.

Həmçinin balıq ovu üçün istifadə olunan gəmilərin və ov alətlərinin qeydiyyatı aparılacaq. Qadağan olunmuş balıq ovu alətlərinin siyahısını da Kənd Təsərrüfatı Nazirliyi müəyyən edəcək.

Fərmana əsasən, balıq və digər su bioresurslarının xüsusi mühafizəsi, ovunun dayandırılması və ya qadağan edilməsi ilə bağlı tədbirlərin görülməsi də Nazirliyin səlahiyyətlərinə aid ediləcək.

Bundan başqa, balıqçılıq sahəsində dövlət xidmətlərinin göstərilməsi, o cümlədən balıqovlama biletlərinin və akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnamələrinin verilməsi nəzərdə tutulur.

Fərmanla “Balıqçılıq haqqında” əvvəlki qanunun tətbiqi ilə bağlı 1998-ci ildə imzalanmış Prezident Fərmanı da ləğv edilib.

Yeni qanundan irəli gələn bir sıra qaydaların hazırlanması üçün Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə altı ay müddət verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir