Bəzi rayonlara leysan və dolu xəbərdarlığı-sabaha olan hava proqnozu

Bəzi rayonlara leysan və dolu xəbərdarlığı-sabaha olan hava proqnozu

Avqustun 29-da ölkə ərazisində əsasən isti və yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Bununla yanaşı, bəzi bölgələrdə yağış, leysan və dolu ehtimalı var.

Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağıntı gözlənilmir. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək.

Paytaxtda gecə temperaturu 21-25°, gündüz isə 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz arasında dəyişəcək.

Rayonlarda yağış və dolu ehtimalı

Ölkənin əksər rayonlarında günün əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Gecə və axşam bəzi yerlərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, hətta dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman da müşahidə oluna bilər.

Qərb küləyinin ayrı-ayrı ərazilərdə arabir güclənəcəyi bildirilir.

Bölgələrdə gecə temperaturu 20-25°, gündüz 32-36° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 20-25° isti təşkil edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir