Penitensiar müəssisədə saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinin qarşısı alınıb.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında maraqlı hal aşkarlanıb.
Belə ki, həbs edilmiş şəxslərdən biri üçün tanışı tərəfindən gətirilən sovqata baxış zamanı bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

