Xankəndi-Şuşa yolunda “Niva” qəfil alovlandı

Xankəndi-Şuşa yolunda “Niva” qəfil alovlandı

Xankəndi-Şuşa avtomobil yolunda hərəkətdə olan minik avtomobili yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

“Xəbər Yerində” xəbər verir ki, hadisə “Niva” markalı avtomobillə bağlı olub.

1984-cü il təvəllüdlü Yasin Əliyevin idarə etdiyi və 17-BF-259 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkətdə olarkən qəfil alışıb.

Alov qısa müddətdə avtomobili əhatə edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xankəndi şəhər yanğınsöndürmə bölməsinin əməkdaşları cəlb olunaraq yanğını söndürüblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir