Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə ölkənin kralını və xalqını təbrik edib.
“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı təbrikində Azərbaycan-Malayziya münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb.
Əməkdaşlığın genişləndirilməsi vurğulanıb
İlham Əliyev iki ölkə arasında dövlətlərarası əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident Malayziya kralına möhkəm cansağlığı, fəaliyyətində uğurlar, dost Malayziya xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

