Azərbaycan Prezidenti İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Müstəqillik Günü münasibətilə ölkə Prezidenti və xalqına təbrik məktubu göndərib.
“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı təbrikində Azərbaycan ilə Trinidad və Tobaqo arasında münasibətlərin xalqların maraqlarına uyğun şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.
İlham Əliyev iki ölkə arasında dostluq və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Prezident Trinidad və Tobaqonun dövlət başçısına möhkəm cansağlığı və fəaliyyətində uğurlar, ölkə xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

