Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Qobustan qəsəbəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” və “Range Rover” markalı avtomobillər toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qəza zamanı ağır xəsarət alan şəxsin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

