Azərbaycanlı jurnalistlər Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfərini işıqlandırmaq üçün Bişkekə gediblər.
“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında VI Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.
Azərbaycanın sözügedən beynəlxalq tədbirdə idman, mədəniyyət və elm proqramları çərçivəsində təmsil olunacağı bildirilir.

