Nepalda güclü daşqınlar nəticəsində zərər görən “Trişuli 3A” Su Elektrik Stansiyasının tunelində aparılan axtarışlar zamanı ən azı üç nəfər sağ aşkarlanıb.
Xəbər Yerində xəbər verir ki, xilasetmə əməliyyatına cəlb olunan deputat Rama Neupane sosial media hesabında tuneldən bir nəfərin – Sancay Sahın çıxarıldığını açıqlayıb.
Deputat daha sonra daha iki nəfərin də sağ xilas edildiyini bildirib.
Onun sözlərinə görə, tunelin daxilində başqa insanların da qala biləcəyi ehtimal olunur. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hadisəyə səbəb olan daşqınlar nəticəsində su elektrik stansiyasının tunelinə ciddi ziyan dəyib. Xilasetmə qrupları dağıntılar altında qalan digər şəxslərin müəyyənləşdirilməsi üçün işləri davam etdirirlər.

