Xırdalanda obyektlərdə yanğın: restoran və çay evinə ziyan dəydi

Xırdalanda obyektlərdə yanğın: restoran və çay evinə ziyan dəydi

Abşeron rayonunun Xırdalan şəhərində bir-birinə bitişik obyektlərdə yanğın baş verib.

Xəbər Yerində xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli obyektlərdəki yanğının genişlənməsinin qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.

Yanğın zamanı sahəsi 240 kvadratmetr olan restoranın ikinci mərtəbəsində mətbəx və dam örtüyünün 65 kvadratmetr sahədə yanar konstruksiyaları, həmçinin 72 kvadratmetr sahəsi olan çay evinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlər restoranın digər hissələrini və ona bitişik obyektləri alovdan qoruyublar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir