Bakıda IRONMAN 70.3 yarışına start verildi – 62 ölkədən 1 500-dən çox iştirakçı

Bakıda IRONMAN 70.3 yarışına start verildi – 62 ölkədən 1 500-dən çox iştirakçı

Bakıda beynəlxalq “IRONMAN 70.3” triatlon yarışına start verilib.

Yarışda dünyanın 62 ölkəsindən 1 500-dən çox triatlonçu iştirak edir. Azərbaycanı isə 123 idmançı təmsil edir.

İştirakçılar qadınlar və kişilər arasında 13 yaş kateqoriyası üzrə mübarizə aparırlar. Yaş qrupları 18-24 yaşdan başlayaraq 80-84 yaşadək idmançıları əhatə edir. Əsas yarışda 807 kişi və 197 qadın iştirak edir. Ən gənc iştirakçının 18, ən yaşlı iştirakçının isə 80 yaşı var.

Triatlonçular yarış çərçivəsində ümumilikdə 113 kilometr məsafə qət edəcəklər. Proqrama 1,9 kilometrlik üzgüçülük, 90 kilometrlik velosiped və 21,1 kilometrlik qaçış mərhələləri daxildir.

Yarış proqramında estafet də nəzərdə tutulub. Kişi, qadın və qarışıq komandalardan ibarət 47 kollektiv bu mərhələdə mübarizə aparacaq. Yarışın sonunda ən fəal üç klub da mükafatlandırılacaq.

“IRONMAN 70.3 Baku”da kişi və qadınlar arasında ən yüksək nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir