Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsi planlaşdırılır.
Məlumata görə, bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 16 vaqondan ibarət qatar yola salınacaq. Vaqonlarda ümumilikdə 977 ton dizel yanacağı daşınacaq.
Bununla yanaşı, Rusiya mənşəli yüklərin Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılması da həyata keçiriləcək.
Bu məqsədlə Böyük Kəsik istiqamətinə beş vaqonda 355 ton buğda, üç vaqonda 180 ton gübrə və iki vaqonda 138 ton taxta göndəriləcək.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana təxminən 16 min ton dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
Rusiya–Ermənistan istiqamətində Azərbaycan ərazisindən tranzitlə isə indiyədək 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 334 ton taxta daşınıb.

