Sentyabrın 6-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilsə də, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağa bilər.
Külək səhər saatlarında istiqamətini dəyişəcək. Paytaxtda havanın temperaturu gecə 20-23°, gündüz isə 27-32° isti olacaq.
Rayonlarda gecə 18-21°, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.

