Göyçayda faciə: pilləkəndən yıxılan ananın qucağındakı körpə öldü

Göyçayda faciə: pilləkəndən yıxılan ananın qucağındakı körpə öldü

Göyçay rayonunda 3 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Xəbər Yerində xəbər verir ki, hadisə Ləkçıplaq kəndində qeydə alınıb. Məlumata görə, ana evin pilləkənlərindən enərkən yıxılıb. Bu zaman qucağında saxladığı 3 aylıq körpə yerə düşüb.

Başından ağır xəsarət alan körpə H.Beydullayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir