Göyçay rayonunda 3 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə Ləkçıplaq kəndində qeydə alınıb. Məlumata görə, ana evin pilləkənlərindən enərkən yıxılıb. Bu zaman qucağında saxladığı 3 aylıq körpə yerə düşüb.
Başından ağır xəsarət alan körpə H.Beydullayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

