Nepalda 1300-dən çox daşqın qurbanı üçün matəm elan edildi

Nepalda 1300-dən çox daşqın qurbanı üçün matəm elan edildi

Nepalda avqustun 26-da baş verən güclü daşqın nəticəsində həyatını itirənlərin xatirəsinə matəm günü keçirilir.

Təbii fəlakətin baş verdiyi Rasuva rayonunda və ölkənin digər ərazilərində insanlar həlak olanların xatirəsini yad edir, məbədlərə gedərək dualar edirlər.

Matəm çərçivəsində Nepal hökumətinin ölkə daxilindəki binalarında, eləcə də xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib.

Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında Bhote-Koşi çayında güclü daşqın baş verib. İlkin ehtimallara görə, fəlakətə Çin sərhədi yaxınlığında baş verən buz uçqunu səbəb olub.

Su, palçıq və qaya parçalarından ibarət güclü sel çay boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Fəlakət nəticəsində təxminən 32 min ailənin evsiz qaldığı, 7500-ə yaxın evin dağıldığı bildirilir. Təxminən 5000 nəfərin, o cümlədən 589 xarici vətəndaşın taleyi isə hələ də məlum deyil.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir