Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmək hüquqları pozularaq işdən çıxarılan 65 nəfər əvvəlki iş yerinə qaytarılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərin gecikdirilməsi ilə bağlı hallar da müəyyən edilib. Ümumilikdə işçilərə ödənilməsi gecikdirilən 517 min 139 manat vəsait aşkarlanıb.
Görülən tədbirlər nəticəsində həmin məbləğ işçilərə ödənilib. Vəsaitin 90 faizini əməkhaqqı, 10 faizini isə zərərə görə ödənc, müavinət və kompensasiyalar təşkil edib.

