Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağış qısamüddətli leysan xarakterli olacaq, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeronda temperatur gecə 18-20°, gündüz 22-25° isti olacaq.
Ölkə rayonlarında da bəzi yerlərdə yağış, ayrı-ayrı ərazilərdə intensiv leysan, şimşək və dolu gözlənilir. Gecə yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.
Rayonlarda temperatur gecə 16-20°, gündüz 25-28° isti, dağlıq ərazilərdə gecə 8-13°, gündüz 15-20° isti təşkil edəcək.

