İlham Mirzəyevin vəziyyəti ağır stabil olaraq qalır

İlham Mirzəyevin vəziyyəti ağır stabil olaraq qalır

Teleaparıcı İlham Mirzəyevin səhhəti ilə bağlı yeni məlumat açıqlanıb.

Mərkəzi Klinikadan bildirilib ki, aparıcı xəstəxanaya sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində qəbul olunub.

Onun üzərində angioplastika əməliyyatı aparılıb və stent yerləşdirilib.

Hazırda İ.Mirzəyevin vəziyyəti ağır stabil qiymətləndirilir. O, kardioreanimasiya şöbəsində kompleks müalicə alır.

Qeyd edək ki, İlham Mirzəyev bundan əvvəl sosial şəbəkədə paylaşım edərək vəziyyətinin yaxşı olmadığını bildirib və onun üçün dua edilməsini xahiş edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir