Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib.
Aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, hazırda Mərkəzi Klinikada olduğunu və səhhətinin yaxşı olmadığını bildirib.
“Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyətim yaxşı deyil. Göydə Allah, yerdə sizin dualarınız”, – deyə İlham Mirzəyev paylaşımında qeyd edib.
Aparıcının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmayıb.

