Xırdalanda güclü külək xəsarətlə nəticələnən hadisəyə səbəb olub.
Xəbər Yerində xəbər verir ki, hadisə sentyabrın 7-də şəhərin M.Hüseynzadə küçəsində baş verib.
Məlumata görə, binanın şüşə balkonunun bir hissəsi güclü küləyin təsirindən qırılaraq aşağı düşüb və ərazidə olan 1978-ci il təvəllüdlü qadının başına dəyib.
Hadisə ilə bağlı əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Qadına hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı əlavə məlumat verilmir.
Mənbə: Todaypresstv

