Bakının Xətai rayonunda yerləşən “Fəridə” şadlıq sarayının ərazisində transformator yanıb.
Xəbər Yerində xəbər verir ki, hadisə zamanı şadlıq sarayında toy mərasiminin keçirildiyi və yanğın səbəbindən tədbirin yarımçıq qaldığı bildirilir.
Hadisə ilə əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və yanğının ətraf ərazilərə yayılmasına imkan verilməyib.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

