Azərbaycan Ermənistanla sülh prosesinin yekunlaşdırılması istiqamətində üzərinə düşən mühüm addımları atıb.
Xəbər Yerində xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmadan sonra sülh prosesinin tam yekunlaşması üçün bir sıra məsələlər üzrə addımların atılması tələb olunur.
C.Bayramov bu çərçivədə Ermənistanda referendum keçirilməsini və ölkə Konstitusiyasına dəyişiklik edilməsini xüsusi olaraq vurğulayıb.
“Biz bununla bağlı Ermənistandan müxtəlif mesajlar alırıq. Baş nazir Nikol Paşinyan da öz planları ilə bağlı yeni açıqlamalar verir. Bizim mövqeyimiz isə dəyişməz olaraq qalır. Sülh sazişinin imzalanması üçün qeyd olunan məsələlərin həlli vacibdir”, – deyə nazir bildirib.
Mənbə: Report.az

