Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyasını yüksəldib

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyasını yüksəldib

Azərbaycanın iki güləş hakimi beynəlxalq yarışda uğurlu nəticə göstərərək hakimlik kateqoriyalarını artırıb.

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçiblər.

Nihad Muradov bundan əvvəl milli kateqoriyaya sahib olub və daxili yarışlarda hakim kimi fəaliyyət göstərib. O, U-15 Avropa çempionatındakı nəticəsinə əsasən III dərəcəli beynəlxalq hakim statusu qazanıb.

Lənkəranı təmsil edən Samil Fəttayev isə III dərəcəli beynəlxalq hakimlik kateqoriyasından II dərəcəyə yüksəlib.

Bu nəticələrdən sonra Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı 24-ə çatıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir