Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Xəbər Yerində xəbər verir ki, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi vaxtlarda buludluluğun artacağı gözlənilir.

Günün əsasən yağıntısız keçəcəyi, küləyin istiqamətini dəyişəcəyi bildirilir. Gecə temperatur 17-20°, gündüz isə 25-28° isti olacaq.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Günün ikinci yarısında bəzi ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Dağlıq rayonlarda gecə və səhər saatlarında duman müşahidə oluna bilər.

Rayonlarda temperatur gecə 15-19°, gündüz 26-31°, dağlıq ərazilərdə isə gecə 6-11°, gündüz 15-20° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir