Xəbər Yerində xəbər verir ki, İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin keçirilməsinə polis müdaxilə edib.
Daxil olan məlumat əsasında araşdırma aparılıb və oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan toy məclisinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunub. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Mənbə: Oxu.az

