Xəbər Yerində xəbər verir ki, Rusiyanın Vladimir şəhərində azərbaycanlı bacı-qardaş ağır yol qəzasında həyatını itirib.
Hadisə yolda yaranan tıxac zamanı baş verib. Əslən Ucar rayonunun Şilyan kəndindən olan 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və 1975-ci il təvəllüdlü bacısı Zərnişan Baxış qızı Baxışova iki yük maşınının arasında qalıblar.
Qəza nəticəsində hər iki şəxs hadisə yerində vəfat edib.
Onların cənazələri bu gün Azərbaycana gətirilib və doğma kəndlərində dəfn olunub.
Mənbə:oxu.az

