Sentyabrın 12-si üçün hava proqnozu açıqlanıb

Sentyabrın 12-si üçün hava proqnozu açıqlanıb

Xəbər Yerində xəbər verir ki, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə saatlarında bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Külək cənub-şərq istiqamətində əsəcək.

Bakıda və Abşeron yarımadasında temperaturun gecə 17-20°, gündüz isə 25-29° isti olacağı proqnozlaşdırılır.

Rayonlarda hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi ərazilərdə yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda temperaturun gecə 16-19°, gündüz 26-31°, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir