Əməkdar artistin vəziyyəti ağırlaşıb – süni tənəffüs aparatına qoşuldu

Əməkdar artistin vəziyyəti ağırlaşıb – süni tənəffüs aparatına qoşuldu

Xəbər Yerində xəbər verir ki, komaya düşən Əməkdar artist və tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhətində ciddi pisləşmə baş verib.

Diktorun qızı Gültən Ramazanovanın sözlərinə görə, anası hazırda ağır vəziyyətdədir və iki gün əvvəl süni tənəffüs aparatına qoşulub.

O bildirib ki, hadisədən əvvəl uzun müddət anasının yanında olub. Daha sonra evə getdikdən sonra onunla telefon əlaqəsi saxlaya bilməyib. Evə qayıtdıqda isə qapını açmaq mümkün olmayıb. Bunun ardından Fövqəladə Hallar Nazirliyi, polis və təcili tibbi yardım çağırılıb.

Qapı açıldıqdan sonra Sevda Saleh Məmmədzadə eyvanla mətbəx arasındakı qapıların arasında, yerdə sıxılmış vəziyyətdə aşkarlanıb.

İlkin müayinələr zamanı onun ağır insult keçirdiyi müəyyənləşib. Xəstə təcili tibbi yardım vasitəsilə Nizami Tibb Mərkəzinə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Qızının sözlərinə görə, anası müəyyən vaxtlarda onun səsini eşidərək reaksiya verib, lakin şüuru tam yerində olmayıb.

Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Gültən Ramazanova bildirib ki, yaxın zamanda tibbi konsilium keçiriləcək və bundan sonra müalicənin davamı ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, Əməkdar artist və diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir