Xəbər Yerində xəbər verir ki, Bakıda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı adı hallanan Elgün Feyzullayevin hazırda dövlət qurumunda çalışmadığı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Elgün Feyzullayev artıq bir ildən çoxdur tutduğu vəzifədən azad edilib.
Məsələ onun adının paytaxtda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı yayılan məlumatlarda hallanmasından sonra gündəmə gəlib.
Qeyd edək ki, ötən gün Böyük Sarayda Nicat və Sitarənin toy mərasimi baş tutub. Təmtəraqlı məclisdə Azərbaycan və Türkiyənin tanınmış simaları da iştirak ediblər.
Yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu qeyd edilib.
Mənbə: Oxu.az

