Xəbər Yerində xəbər verir ki, aktyor Ramil Babayev doğum gününü qeyd edir.
Aktyor yeni yaşı münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək sevincini izləyiciləri ilə bölüşüb.
Ramil Babayev 21 yaşının tamam olduğunu bildirib və paylaşımında zarafatla “Yeni yaşım xoş gəldin. 21 yaşım olur. Kim nə yazırsa yazsın, mən hələ 21 yaşındayam” sözlərini yazıb.

Aktyorun həyat yoldaşı Nigar Babayeva da bu münasibətlə ona romantik təbrik ünvanlayıb. O, paylaşımında həyat yoldaşına sevgisini ifadə edərək hər zaman onun yanında olacağını vurğulayıb.
Nigar Babayeva yeni yaşında Ramilə möhkəm can sağlığı, xoşbəxtlik, uğur və arzuladığı bütün gözəllikləri diləyib.
Mənbə: Axşam.az

