Xəbər Yerində xəbər verir ki, müğənni Xuraman Şuşalı dələduzluq cəhdinin hədəfinə çevrilib.
Sənətçinin sözlərinə görə, ona tanışının adından mesaj yazılaraq pul istəyiblər. Lakin Xuraman Şuşalı bu mesajın həmin şəxs tərəfindən göndərilmədiyini müəyyən edib.
O bildirib ki, tanışı illər əvvəl telefon nömrəsini dəyişib. Həmin nömrəni sonradan əldə edən şəxslərin isə onun adından istifadə edərək pul almağa çalışdığı məlum olub.
Müğənni bu cəhdə aldanmadığını və qarşı tərəfin istəyini dərhal başa düşdüyünü bildirib.
“Məni aldatmaq çətin məsələdir. Belə söhbətlər qurtarıb, başqa bir şey istəyin”, – deyə Xuraman Şuşalı qeyd edib.



