Hikmət Hacıyev Türkiyə nümayəndə heyətini qəbul edib

Hikmət Hacıyev Türkiyə nümayəndə heyətini qəbul edib

Xəbər Yerində xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərində kommunikasiya, media, ictimai diplomatiya və strateji əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin dezinformasiyaya qarşı birgə mübarizənin və beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran Hikmət Hacıyevi Türkiyəyə səfərə dəvət edib.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir