İlham Əliyev 500 min dollarlıq mükafatını hara bağışladı?

İlham Əliyev 500 min dollarlıq mükafatını hara bağışladı?

Xəbər Yerində xəbər verir ki, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam sentyabrın 14-də Prezident İlham Əliyevlə görüşü zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlət başçısına təqdim edib.

Azərbaycan Prezidenti 2026-cı il üzrə bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Mükafat çərçivəsində Prezident İlham Əliyevə 500 min ABŞ dolları məbləğində pul vəsaiti də təqdim olunur.

Dövlət başçısı həmin vəsaitin tam şəkildə Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar qəbul edib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir