Yolda təhlükə saçan sürücü saxlanıldı-FOTO

Yolda təhlükə saçan sürücü saxlanıldı-FOTO

Xəbər Yerində xəbər verir ki, Şirvanda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülər üçün təhlükə yaradan şəxs saxlanılıb.

Hadisə gecə saatlarında baş verib. Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı N. Məmmədovun idarə etdiyi “VAZ” markalı avtomobillə təhlükəli hərəkətlər etdiyi müəyyənləşdirilib.

Sürücü barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N. Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir