Yardımlı icra başçısının vəzifədən çıxarılmasının səbəbi açıqlanıb

Yardımlı icra başçısının vəzifədən çıxarılmasının səbəbi açıqlanıb

Xəbər Yerində xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad olunmasının səbəbi ilə bağlı yeni məlumat yayılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları bir müddət əvvəl Yardımlıda korrupsiya ilə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı icra hakimiyyətinin iki əməkdaşı saxlanılıb.

Belə ki, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov həbs olunublar.

Onların qanunsuz torpaq satışı ilə bağlı əməllərdə şübhəli bilindiyi bildirilir. Hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya xarakterli əməllərdə ittiham olunur.

Fakt Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidməti hadisəni təsdiqləyib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir