Ramiz Mehdiyevin məhkəməsində kimlər şahid qismində dindiriləcək?-VİDEO

Ramiz Mehdiyevin məhkəməsində kimlər şahid qismində dindiriləcək?-VİDEO

Xəbər Yerində xəbər verir ki, sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

İstintaq zamanı Mehdiyevin cinayət işi üzrə bir sıra şəxslər şahid qismində dindirilib. Onların arasında sabiq PA rəhbərinin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də göstərilir.

Həmin şəxslərin məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verməsi gözlənilir. Bununla yanaşı, digər mənbələrdə Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və keçmiş köməkçisi Eldar Əmirovun da iş üzrə prosessual statusu barədə məlumatlar yer alıb. Eldar Əmirovun isə ittiham aktında təqsirləndirilən şəxs kimi yer aldığı bildirilir.

Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı ittihamlarla təqsirləndirilir. Onun sabiq köməkçisi Eldar Əmirov da iş üzrə təqsirləndirilən şəxs qismində göstərilib.

Qeyd edək ki, Əli Kərimlinin barəsindəki cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıca icraata ayrıldığı barədə də məlumat yayılıb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir