“Mançester Yunayted”dən inanılmaz məğlubiyyət: 2:0 öndə olduğu oyunda uduzdu

“Mançester Yunayted”dən inanılmaz məğlubiyyət: 2:0 öndə olduğu oyunda uduzdu

Xəbər Yerində xəbər verir ki, “Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində gözlənilməz məğlubiyyətlə üzləşib.

“Old Trafford” stadionunda keçirilən qarşılaşmada Mançester təmsilçisi “Brayton”a 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Oyuna sürətli başlayan “Mançester Yunayted” ilk 10 dəqiqədə iki dəfə fərqlənib. Şi Leysi 8-ci, Meyson Maunt isə 10-cu dəqiqədə komandasının qollarını vurub.

Lakin “Brayton” fasiləyə qədər hesab arasındakı fərqi azaldıb. Xaralambos Kostulas 45+1-ci dəqiqədə topu rəqib qapısından keçirib.

İkinci hissədə isə qonaqlar geri dönüşü tamamlayıblar. Paskal Qross 65-ci dəqiqədə hesabı bərabərləşdirib, Maksim De Köyper isə 70-ci dəqiqədə “Brayton”a qələbə qazandıran qola imza atıb.

Beləliklə, iki top fərqi ilə öndə olan “Mançester Yunayted” 2:3 hesablı məğlubiyyətlə Liqa Kubokunda mübarizəni erkən dayandırıb.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir