Xəbər Yerində xəbər verir ki, bu gün Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnən 2023-cü il antiterror tədbirlərinin başlanmasından üç il ötür.
2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun bölmələri Qarabağda bir sıra strateji mövqelərə nəzarəti təmin edib.
Əməliyyat zamanı uzun illər ərzində yaradılmış istehkamlar yarılıb, separatçı qüvvələrin müqavimət imkanları aradan qaldırılıb.
Tədbirlərin nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilib. Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağı ucaldılıb.

