Xəbər Yerində xəbər verir ki, Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki nəfərin dənizdə batması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə göndərilib.
Hazırda iki şəxsin batdığı ehtimal edilən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisənin digər təfərrüatları ilə bağlı məlumat veriləcək.

