Xəbər Yerində xəbər verir ki, Sumqayıtda dəmiryol xəttini keçmək istəyən 38 yaşlı kişi sürət qatarının vurması nəticəsində həyatını itirib.
Qatar kişini vurdu
Hadisə zamanı Ruslan Məmmədxanov dəmiryol xəttindən keçməyə çalışıb. Bu zaman hərəkətdə olan sürət qatarı onu vurub.
Aldığı ağır xəsarətlər nəticəsində 38 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
İki azyaşlı övladı olub
Məlumata əsasən, Ruslan Məmmədxanov iki azyaşlı uşağın atası olub.
Şahidlərin bildirdiyinə görə, qatarın maşinisti toqquşmadan əvvəl səs siqnalından istifadə edib. Lakin verilən xəbərdarlıq hadisənin qarşısını almaq üçün kifayət etməyib.
Araşdırma aparılır
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb və hadisənin bütün təfərrüatları araşdırılır.
Mənbə: Xəzər Xəbər

