Qarabağ döyüşlərinin iştirakçısı Rasim Canəliyev vəfat edib

Qarabağ döyüşlərinin iştirakçısı Rasim Canəliyev vəfat edib

Xəbər Yerində xəbər verir ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən və döyüşlər zamanı qəhrəmanlıq göstərən Rasim Yoldaşəli oğlu Canəliyev dünyasını dəyişib.

Döyüş yolu

1965-ci il iyulun 5-də Salyan rayonunun Xələc kəndində anadan olan Rasim Canəliyev 1992-ci ildə könüllü şəkildə cəbhəyə gedib.

O, Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi 845 saylı könüllü batalyonun sıralarında xidmət edib. Rasim Canəliyev Ağdərə, Aranzəmin, Dəhraz, Kətik, Pircamal və Qaraqaya istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

İki dəfə ağır yaralanıb

Döyüşlər zamanı Rasim Canəliyev iki dəfə ağır kəllə-beyin travması alıb.

O, 1995-ci ildə hərbi xidmətdən təxris olunub.

Allah rəhmət eləsin.

Mənbə: Musavat.com

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir