Ayı cütlüyə hücum etdi: Kişi öldü, qadın ölü təqlidi edərək xilas oldu

Ayı cütlüyə hücum etdi: Kişi öldü, qadın ölü təqlidi edərək xilas oldu

Xəbər Yerində xəbər verir ki, ABŞ-ın Yellowstone Milli Parkında gəzintiyə çıxan 57 yaşlı cütlük iki balası olan dişi boz ayının hücumuna məruz qalıb. Hadisə kişinin ölümü ilə nəticələnib, qadın isə ölü təqlidi edərək sağ qala bilib.

Ayı ilə qarşılaşdılar

Məlumata görə, Brian Matayoshi və həyat yoldaşı Marylyn Matayoshi Wapiti gölü yaxınlığında piyada gəzərkən iki balası olan dişi boz ayı ilə üz-üzə gəliblər.

Cütlük bundan əvvəl həmin ayının fotosunu çəkib. Bir müddət sonra heyvanı cığırın üzərində yenidən görən zaman isə panikaya düşərək arxalarını çevirib qaçmağa və qışqırmağa başlayıblar.

Təxminən 170 metr məsafə qət etdikdən sonra ayı onlara çatıb və Brian Matayoshiyə hücum edib. Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Qadın ölü təqlidi edib

Ərinin ayının hücumuna məruz qalmasını gözləri qarşısında görən Marylyn yıxılmış ağacların arxasında gizlənib.

Daha sonra qadın yerə uzanaraq ölü təqlidi edib. Ayı onu bel çantasından tutaraq yerə atsa da, Marylyni təhlükə kimi qəbul etməyib və ərazidən uzaqlaşıb.

Mobil telefon siqnalının olmadığı ərazidə qalan qadın ərinin cansız bədəninin yanında kömək gəlməsini gözləməli olub.

Mütəxəssislər səbəbi açıqladılar

Hadisədən sonra iki ay ərzində rəsmi araşdırma aparılıb. Yabanı təbiət üzrə mütəxəssislər hadisənin başvermə səbəblərini araşdıraraq diqqətçəkən nəticəyə gəliblər.

Hesabatda bildirilir ki, cütlüyün ayını gördükdən sonra qaçması və qışqırması heyvanın təqib instinktini gücləndirib. Mütəxəssislərin qənaətinə görə, bu davranış hücumun baş verməsində mühüm amillərdən biri olub.

Hadisə Yellowstone Milli Parkında vəhşi heyvanlarla qarşılaşma zamanı insanların düzgün davranış seçməsinin həyati əhəmiyyət daşıdığını bir daha gündəmə gətirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir