Məktəbin qarşısında silahlı insident: şagirdlərin yaralandığı bildirilir

Məktəbin qarşısında silahlı insident: şagirdlərin yaralandığı bildirilir

Xəbər Yerində xəbər verir ki, Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəbin qarşısında silahlı insident yaşanıb.

Hadisə səhər saat 08:00 radələrində Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.

İlkin məlumata əsasən, şəxsiyyəti hələ müəyyənləşdirilməyən bir nəfər naməlum səbəbdən məktəbin önündə silahla atəş açıb. Atəş açılması nəticəsində şagirdlərin yaralandığı barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olub.

Xəbərdən sonra əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım briqadası göndərilib. Hadisə yerində araşdırmalar və təhlükəsizlik tədbirləri davam etdirilir.

Hazırda yaralıların dəqiq sayı və vəziyyəti, həmçinin silahlı insidentin hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir