Xəbər Yerində “Musavat.com”a istinadən xəbər verir ki, Türkiyənin Diyarbəkir, Adıyaman, Qaziantep, Şanlıurfa və Elazığ başda olmaqla bir sıra vilayətlərində güclü zəlzələ hiss olunub.
Şanlıurfanın Qarakörpü rayonunda qeydə alınan 5,4 maqnitudalı zəlzələ əhali arasında qısa müddətli təşvişə səbəb olub.
Zəlzələ anı kameralara düşdü
Təkanların hiss olunması ilə sakinlərin bir qismi ev və iş yerlərini tərk edərək küçələrə və açıq ərazilərə çıxıb.
Zəlzələnin baş verdiyi anlardan biri isə evlərdən birində mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülərdə təkanların təsiri anbaan əks olunub.
Ocaq 7,39 kilometr dərinlikdə olub
AFAD-ın məlumatına görə, zəlzələ saat 10:40-da baş verib. Təkanlar Şanlıurfa ilə yanaşı, Diyarbəkir və ətraf vilayətlərdə də hiss olunub.
Məlumata əsasən, zəlzələnin ocağı 7,39 kilometr dərinlikdə yerləşib.

