Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Füzuli Beynəlxalq Hava Limanında Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.





















